Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) FİFA dərəcəli hakim Arda Kardeşləri cəzalandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Məlumata görə, o, Mərkəzi Prosessual Məcəllənin 40/a və 25/2 maddəsinə uyğun olaraq 15 günlük oyunlardan kənarlaşdırılıb.
Xatırladaq ki, Trendyol Superliqasının 6-cı turunda "Trabzonspor" - "Qaziantep FK" matçından sonra TFF prezidenti İbrahim Hacıosmanoğlu adıçəkilən hakimin qərarları haqqında belə açıqlama vermişdi: "Həyatımda belə bir şey görməmişəm. Təbii ki, bunun bədəli çox ağırdır. Bunun arxasında nələrin olduğunu üzə çıxarmaq mənim borcumdur".
Fərid ASLAN
MİA.AZ