Türkiyəni Avropada təmsil edən "Qalatasaray", "Fənərbağça" və "Samsunspor" son turdakı qələbələri ölkəyə xal qazandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" doğma meydanda İngiltərənin "Liverpul" klubunu 1:0,  UEFA Avropa Liqasında “Fənərbağça”nın da öz meydanında Fransanın “Nitsa” komandasını 2:1, "Samsunspor"un isə  Konfrans Liqasında "Legia Varşava"nı 1:0 məğlub etməsindən sonra Türkiyənin UEFA-nın ölkə xalları sıralamasındakı əmsalı ı 43.600-dən 44.800-ə yüksəlib və 9-cu pillədə möhkəmlənib.

UEFA-nın ilk onluğunda isə bu ölkələr təmsil olunur:

1. 97,561 xal | İngiltərə

2. 86,803 bal | İtaliya

3. 80,953 bal | İspaniya

4. 77,259 bal | Almaniya

5. 70,391 bal | Fransa

6. 62,366 bal | Hollandiya

7. 59,466 bal | Portuqaliya

8. 56,150 bal | Belçika

9. 44,800 bal | Türkiyə

10. 41.500 bal | Çex Respublikası

Fərid ASLAN
MİA.AZ