Türkiyə 1-ci Liqasında mübarizə aparan "Sakaryaspor" doğma meydanında qəbul etdiyi "Sivasspor"la matçda saxtakarlığa yol verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Sakaryaspor" mövcud qanuna zidd olaraq meydana eyni anda 7 əcnəbi futbolçu buraxıb.
Məlumata görə, 0:0 hesabı ilə bitən matçdan sonra bu faktın üstü açılıb: "Məsələ Türkiyə Futbol Federasiyasında müzakirə edilib və "Sakaryaspor"a 3:0 hesablı texniki məğlub verilib"
Fərid ASLAN
MİA.AZ