"Barselona"nın sabiq baş məşqçisi Xavi Hernandez Ruben Amorimi əvəzləyərək "Mançester Yunayted"in yeni baş məşqçisi olmağa razılaşıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, təcrübəli baş məşqçi "Yunayted"in idarə heyətinə bu vəzifə üçün hazır olduğunu bildirib.
Xavi İngiltərə Premyer Liqasını yaxından izləyir və "Mançester Yunayted"in əvvəlki şöhrətini qaytarmağı bacaracağına əmindir.
Fərid
MİA.AZ