Bu gün Bakı vaxti ilə saat 23.00-da UEFA Çempionlar Liqasının ikinci turunda "Qalatasaray" doğma meydanında "Liverpul"u qəbul edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransa Futbol Federasiyasının hakimi Klement Turpin idarə edəcəyi oyunda komandaların start heyətləri bəlli olub:
"Qalatasaray": Uğurcan, Sinqo, Sançes, Abdülkerim, Yakobs, Torreira, Lemina, Yunus, İlkay, Barış Alper, Osimhen.
"Liverpul": Alisson, Frimpong, Konate, Van Dejk, Kerkez, Gravenberç, Szoboslai, Jones, Vayrz, Gakpo, Ekitike.
"Liverpul"un məşhur futbolçuları Məhəmməd Salah və Aleksandr İsak isə matça ehtiyat oyunçular skamyasında başlayacaqlar.
Fərid ASLAN
Mia.az