"Rusiya təyyarələri beynəlxalq qaydalar çərçivəsində uçuşlar həyata keçirir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Putininsözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin Polşanın "Əgər Rusiya təyyarəsi və ya raketi sərhədimizi pozarsa, dərhal vurulacaq. sonra sızlamasınlar, şikayətlənməsinlər", - deyə təhdidinə cavabda deyib.
Mətbuat katibi Polşanın təhdidi və açıqlamalarının əsassız olduğunu deməklə cavabını yekunlaşdırıb.
Samir Musayev
MİA.AZ