Türkiyədə CHP-ni təmsil edən və Mənsur Yavaşın rəhbərlik elədiyi Ankara Böyük Şəhər Bələdiyyəsində həbslərin başlaması ilə yanaşı, həmin bələdiyyənin keçmiş sədri Melih Gökçekin əməliyyata dəqiqələr qalmış mesajı böyük rezonas doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinin 2001-2004-cü illərdə təşkil etdiyi 32 konsertlə bağlı həbs əməliyyatı düyməsini basmadan təxminən yarımsaat əvvəl Melih Gökçek belə bir paylaşım edib: "Hazırsan, Ankara? Hazırsan Türkiyə? Ankarada milyard dollarlıq fırıldaq partlayır"

İndi ölkə mediasında onun bu əməliyyatdan necə xəbər tutması maraq doğurur.

Xatırladaq ki, M.Gökçekin oğlu AK Partiyadan deputatdır. Ailənin əlində telekanal (Beyaz TV) da var.

Onu da xatırladaq ki, prokurorluq 32 konsertin təşkilinə görə Ankara Böyükşəhər Bələdiyyəsində 154 milyon 453 min 221 lirə talan olduğunu iddia edir.

Firudin Səfərli
MİA.AZ