Bu gün Türkiyənin Yüksək Seçki Kurulu (YSK) CHP-nin növbədənkənar qurultayının ləğvi ilə bağlı iddianı müzakirəyə çıxarıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müzakirələrdən sonra şikayət rədd olunub.
Bu barədə açıqlama verən YSK sədri Ahmet Yener CHP-nin sentaybrın 21-də keçiriləcək növbənkənar qurultayının ləğvi tələbini əsassız sayıldığını deyib.
Xattırladaq ki, CHP-nin qurultay nümayındələrindən biri sentyabrın 21-də partiyanın növbədənkənar qurultayının qanunazidd olduğu iddia edilərək, ləğvini tələb edirdi.
Firudin Səfərli
MİA.AZ