Türkiyədə ana müxalifət partiyası olan CHP-yə qarşı davam edən siyasi basqıların gücləndiyi bir məqamda partiyanın aralarında narazılıq olduğu açıq bilinən indiki v sabiq liderləri bir araya gələcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP-nin qurultayının ləğvi tələbiylə başlayan məhkəmə prosesinin oktyabrın 24-nə təxirə salınmasından sonra bütün gözlər Özgür Özəl və Kamal Kılıçdaroğlunun üzərində olub.

Məlumata görə, istər bu məhkəmə çəkişməsi, istər bələdiyyəərdəki həbslərin artmasından sonra CHP-li deputatların israrı və partiyanın parlamentdəki fraksiya sdrinin müavini Murat Emirin vasitəçiliyi ilə Özgür Özəl və Kamal Kılıçdaroğlunun birgə görüşü olacaq:

"Partiyadaxili gərginlikdən narahat olan millət vəkillərinin təzyiqi ilə keçirilməsi planlaşdırılan görüşdə problemlərin həlli istiqamətində  kritik qərralaırn veriləcəyi gpözlənilir. Görüş bu həftə Ankaradan deputat Murat Emirin evində olacaq

Firidin Səfərli
MİA.AZ