"Banklara borcunu qaytarılmaması ilə bağlı 340 minə yaxın məhkəmə qərarı icra olunmayıb".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, bank sistemi nə qədər bu cür şərtlər və faizlərlə çalışır, əmlak, girov təminatı olmadan xüsusilə istehlak krediti verəcək, problemlər həll edilməyəcək: "Bu baxımdan, 340 minə yaxın yerinə yetirilməyən məhkəmə qərarı məhz bu sahə ilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməliydi".

***

“Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər var”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bu gün keçirilən komitə iclasında deyib.

Onun sözlərinə görə, yaz sessiyası dövründə “Xüsusi icra məmurları haqqında” qanun qəbul olunub: "Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bununla bağlı ciddi problemlər var".

 

MİA.AZ