“Səhhətimlə bağlı hər şey qaydasındadır. Heç bilmirəm belə xəbərləri haradan çıxarırlar. Ayağım sınmayıb, normal yeriyirəm. İşlərimə davam edirəm”.

Mia.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ayağının sınması ilə bağlı xəbərə reaksiya verərkən deyib.

Deputat bildirib ki, yazılanlar həqiqəti əks etdirmir: “5 il bundan qabaq gözlərimi əməliyyat etdirmişəm. Bununla bağlı xəbər yazsalar, təəccüblənmərəm. Aylar öncə olan köhnə bir hadisəni yeni məlumat kimi təqdim edirlər. İşimin başındayam, narahat olmayın”.

MİA.AZ