Bu gün Qəzza zolağında daha üç fələstinli jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.

Məlumatda bildiriilir ki, İsrtailin bombardmanı nəticəsində "Şihab" Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Kuveyfi, "Əl-Manara Media"nın operatoru Ayman Haniyə və Fələstin Xəbər Şəbəkəsinin müxbiri İman Zamili həyatları ilə vidalaşıb: "Onlar çadırda olarkn İsrailin raket zərbəsiylə öldürülüblər".

Xəbərdə deyilir ki, bununla da 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada öldürülən jurnalistlərin sayı 251-ə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ