Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenski ilə görüşü heç vaxt istisna etməyib, lakin bunun məqsədəuyğunluğuna şübhə edir.
Oo, bunu Pekində keçirdiyi mətbuat konfransında bildirib.
"Cənab Zelenski ilə görüşə gəlincə, mən heç vaxt bu görüşün mümkünlüyünü istisna etməmişəm. Bunun bir mənası varmı?", - o bildirib.
Putin onu da deyib ki, əgər Ukrayna Prezidenti danışıqlar istəyirsə, "qoy Moskvaya gəlsin, görüşümüz orada baş tutacaq".
***
Rusiya həmişə Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünə qarşı olub, lakin onun Avropa İttifaqına (Aİ) daxil olmaq hüququna heç vaxt şübhə etməyib.
Bunu Rusiyanın Prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında bildirib.
"Biz həmişə Ukraynanın bu NATO-ya üzv olmasına etiraz etmişik, lakin onun öz iqtisadi və təsərrüfat fəaliyyəti ilə istədiyi kimi məşğul olmaq hüququnu heç vaxt şübhə altına almamışıq. Bu, Aİ-yə üzvlüyə də aiddir", - V.Putin izah edib(Report).
MİA.AZ