ABŞ-İsrail qüvvələri bu dəqiqələrdə İranın paytaxtı Tehrana ağır zərbələr endirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-İsrail aviasiyası daha çox Tehranın cənub və qərbindəki hədəfləri bombalayıb.

İlkin məlumata görə, nəticədə paytaxtın sıx məskunlaşmış ərazilərində güclü partlayışlar baş verib.

İran rəsmiləri hələlik partlayışlar barədə ətraflı məlumat paylaşmayıblar.

Tahir Şəlvəli
MİA.AZ