"Bəşər Əsədin Suriya müxalifləri tərəfindən devrilməsindən sonra 2024-cü il 11 dekabr tarixində Globalinfo.az-da dərc olunmuş “Əsədin Azərbaycana qarşı bağışlanmaz həmləsi – Ermənilərə “Nubar” verib” başlıqlı təhlilimdə belə bir fikir qeyd etmişdim: “Suriya ilə Azərbaycan🇦🇿 arasında mühüm bir diplomatik yenilik ola bilər. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandıra bilərik. Məlum olduğu kimi, Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin nəşinin Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik münasibətlərin inkişafı üçün müsbət addım ola bilər. Yeri gəlmişkən, Şamaxıdakı yeni məqbərə Nəsiminin məzarı üçün uyğundur”".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, həmin ideyanı 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü barədə yazdığım digər təhlildə də geniş şəkildə şərh edib:

"Və bu gün, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə gətirilməsi ilə bağlı artıq Suriya tərəfi ilə ilkin təmaslara başlayıb. Rəsmi olaraq bu barədə Suriyaya məlumat verilib.

Bir daha qeyd edirəm: Şamaxıdakı yeni məqbərə Nəsiminin məzarı üçün tam uyğundur".

Samir

MİA.AZ