IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.
Mia.az xəbər verir ki, Laçında keçirilən final mərhələsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla yanaşı, ölkənin ədəbi-ictimai xadimləri, incəsənət nümayəndələri və Laçın rayon sakinləri iştirak ediblər.
Final mərhələsində 5 yeniyetmə 7 gənc muğam ifaçısı çıxış edərək münisflər heyəti tərəfindən qiymətləndiriliblər.
Yekun qərara əsasən, 8-16 yaşında yeniyetmələr arasında 3-ü yerdə Kənan Tağızadə, 2-ci yerdə Murad Nəbizadə qərarlaşıb.
Yeniyetmələr arasında IX “Muğam” Televiziya Müsabiqəainin qalibi Əhəd Ağayev olub.
16-30 yaşında gənclər arasında isə 3-ü yerdə Rəis Niftəliyev, 2-ci yerdə Nərmin Mirzəyevə qərarlaşıb.
Gənc ifaçılar arasında IX “Muğam” Televiziya Müsabiqənin qalib isə Aytac Bəybalayeva olub(Report).