Super Liqa komandalarından olan "Gençlerbirliği" Malili cinah oyunçusu Adama Traoreni transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 30 yaşlı cinah oyunçusu ilə 2+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, ötən mövsüm Ferençvarosda 45 matça çıxan təcrübəli futbolçu 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ