Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) ehtimal qiyməti 1 milyon 994 min 200 manat olan tender müsabiqəsi elan edib.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsi maye xlorun alınması ilə bağlıdır.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti maksimal tutumu bir tonluq olan konteynerlərdə 1 300 ton maye xlor almaq istəyir.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bir ton maye xlor üçün 1 534 manat ödəməyi nəzərdə tutub.