Qalmaqallı internet provayder kimi tanınan və vaxtilə "MTN işi"nə görə tutulan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynova məxsus olan, lakin həbsindən sonra "əl dəyişən" “CityNet” ticarət nişanının sahibi “Uninet” MMC “KATV1” ticarət nişanının sahibi “AG telekom” MMC-ni də "qapazlayıb".

Mia.az xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb.

Bildirilib ki,  anlaşma istiqamətində ötən ildən başlayan müzakirələr bir müddət öncə başa çatıb. 

Artıq hər iki MMC-nin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur. “AG telekom”un əvvəlki qanuni təmsilçisi isə Samir Qurbanov olub.

Şirkətin 2024-cü ilin sonlarınadək dövlətə yarım milyon manata yaxın vergi borcu olub. Hazırda isə borc yoxdur. 

“Uninet” Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 113, “AG telekom” isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 ünvanında qeydiyyatdadır.

Qeyd edək ki, bundan əvvəl isə "Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulub.

Maraqlıdır, KATV1 niyə satılıb?

Mia.az-ınbu yöndə araşdırması olacaq.

Yeri gəlmişkən, mia.az-ın məlumatına görə, bir neçə ay əvvəl Səbail rayonunda yerləşən və "Jurnalistlərin  binası" kimi tanına binaya da ayaq açan “CityNet” burada sakinlərə qarşı dələduzluq hallarına yol verib. Belə ki, bir çox sakinlərə ya müqavilə verilməyib, ya da şərtlər sonradan şirkətin xeyrinə dəyişdirilib. Bu səbəbdən şirkətin internet xidmətindən imtinalar başlayıb...

MİA.AZ