Almaniyanın “Köln” klubu İngiltərənin “Midlsbro” klubundan hollandiyalı müdafiəçi Rav van den Berqi heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Açıqlamada bildirilib ki, gənc oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Bonuslar da daxil transfer 10 milyon avroya başa gəlib.
Xatırladaq ki, Rav van den Berq “Midlsbro”nun heyətində 66 oyuna çıxıb, 1 qol vurub.
Fərid
MİA.AZ