İtaliyanın "Milan" komandası "Genoa"dan belçikalı müdafiəçi Koni De Vinteri heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Transferin "Milan"a 20 milyon avroluq transfer haqqına başa gəldiyi deyilir.
Xatırladaq ki, "Genoa" karyerasında 57 oyun keçirən De Vinter 3 qol vurub.
Fərid
MİA.AZ