1-ci Liqa komandalarından biri olan "Amedspor" klubu məşhur hücumçu Mbaye Diaqne ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan bildirilib ki, hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Diaqne imza mərasimi zamanı jurnalistlərə açıqlamasında hədəfini açıqlayıb: "Mənim hədəfim ən azı 25 qoldur. Futbol komanda oyunudur, ona görə də bunu heç kim təkbaşına edə bilməz. Komanda yoldaşlarımın, klubumuzun, ən əsası azarkeşlərimizin köməyi ilə buna nail olacam. Mən bura əlimdən gələni etməyə gəlmişəm".

Fərid

MİA.AZ