"Gaziantep FK" "Göztepe"də forma geyinən 31 yaşlı Nazım Sanqare ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, imza mərasimində Nazım Sanqare yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
“Antalyaspor”, “Fənərbağça”, “Karagümrük” və “Göztepe” kimi komandalarla 368 rəsmi matçda forma geyinən Sanqare 35 qol vurub, 48 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ