"Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüş olacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Putinin müşaviri Yuri Uşakov yerli ytelekanala açıqlamasında məumat verib.
O bildirib ki, Amerika tərəfinin təklifi ilə yaxın günlərdə prezidentlər səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub: "Artıq amerikalı həmkarlarımızla konkret hazırlıqlara başlanılıb".
O, görüşün harada keçiriləcəyi haqda informasiyanı verməkdən isə yayınıb.
Samir MUSAYEV
MİA.AZ