Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Mia.az xəbər verir ki, dövlət başçısı abidənin önünə əklil qoyub.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Mia.az xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.

Mia.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.