ABŞ prezidenti Donald Tramp Yaponiya ilə ticarət sazişi üzərində anlaşma əldə etdiklərini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Yaponiyanın bundan sonra ABŞ-a 15 faizlik rüsum ödəyəcəyini bildirib.

Trampın sözlərinə görə, bu razılaşma iki ölkə arasında indiyə qədərki ən böyük anlaşma olub: "Bundan başqa, Yaponiya mənimtələbimlə ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq. Və bu sərmayənin qazancının 90 faizini biz götürəcəyik. Bu müqavilə bizə yüz minlərlə iş yeri yaradacaq. Daha əvvəl belə bir şey olmamışdı".

Tramp vurğulayıb ki, Yaponiya ABŞ-da avtomobil və yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsulları daxil olmaqla yeni istehsal və ticarət imkanları yaradacaq: "Yaponiya ABŞ-a 15 faizlik qarşılıqlı rüsum ödəyəcək. Bu, ABŞ üçün çox əladır. Üstəlik, Yaponiya ilə hər zaman əla münasibətimiz olacaq”

Tramp onu da bildirib ki, hazırda Yaponiya ilə anlaşmaya mayeləşdirilmiş təbii qaz (LNG) razılaşması da əlavə olunacaq: "Biz oxşar anlaşmaları  Avropa və digər ticarət tərəfdaşlarımızla da müzakirə edəcəyik"

Samir MUSAYEV
MİA.AZ