Yunanıstanda istirahət edən məşhur basketbolçu, NBA əfsanəsi Maykl Cordanın davranışı dünyanın bir sıra idman mediasında tirajlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Maykl Cordan məşhur dəniz məhsulları restoranının işçilərinə 11500 dollarlıq "şirinlik" verib.
Məlumata görə, ofsiantlar əfsanə oyunçunun bu qədər "şirinlik" verməsini heyrətlə qarşılayıblar.
Tahir Şəlvəli
MİA.AZ