"Biz müharibədən qorxmuruq, biz ölkəmizin qürurunu  qorumaq üçün savaşmağa hazırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri dünn sarayı bombalanan Suriya prezidenti Əhməd Şaraa israilin ölkəsinə son hücumuna münasibətdə deyib.

O bildirib ki, Suriya ləyqaəti uğurunda İsraillə müharibəyə hazırdır: "Biz ölkəmizi, ərazilərimizi və xalqımızı şərəflə müdafiə etməyə hazırıq. Suriya xalqı müharibədən qorxmadan mübarizəyə hazırdır. Özüm də paytaxta qalaraq ölkəmizin hər qarış torpağını müdafiə edəcəyəm".

Prezident daha sonra deyib: "Bu gün qarşılaşdığımız bu yeni çağırışda ölkəmizin birliyini, xalqımızın şərəfini, millətimizin müqavimət ruhunu qorumaq üçün mübarizə aparırıq. Böyük gücə sahib olmaq mütləq qələbə gətirmir. Bir cəbhədə qələbə digər cəbhədə uğura zəmanət vermir. Müharibəyə başlamaq asandır, amma onun nəticələrinəi saxlamaq, proqnozlaşdırmaq mümkün deyil. İsrailin bizi parçalamaq üçün etdiyi hər cəhdin öhdəsindən gəlmək üçün iradəmiz var. 

Suriya İsrailin döyüş bölgələri və ya xarici güclərin planları üçün sınaq meydanı deyil. Onlara bu ölkəni öz döyüş meydanına çevirmə fürsəti verməyəcəyik. Bu müharibənin heç bir məqsədi yoxdur, yalnız ölkəmizi parçalamaq, xalqımızı xaosa və dağıntıya sürükləmək məqsədi güdənlər buna nail  ola bilməyəcklər".

O, daha sonra xalqı birliyə çağırıb.

Maraqlı budur ki, bu açıqlamanın mürəkkəbi qurumamış İsrailin Dəməşqi bombalamasına səbəb olan druzlaırn yaşadığı Sveydada bölgəsindən Suriya ordusu geri çəkilməyə başlayıb.

Tahir Şəlvəli

MİA.AZ