"Fənərbağça" 18 yaşlı seneqall yarımmüdafiəçi ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Essamaye FK"da forma geyinən 18 yaşlı seneqallı yarımmüdafiəçi Abdou Aziz Fall ilə müqavilə imzalayıb.
Məlumata görə, klub artıq bu barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.
Məlumatda deyilir ki, Avropanın bir çox komandasının "radarı"nda olan Fall yüksək toplama texnikasına sahib və mübariz xarakteri ilə diqqət çəkir.
Fərid ASLAN
MİA.AZ