Ermənistan parlamentində “terror aktı hazırlamaq” və “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamları ilə haqqında cinayət işi açılmış və bu səvbəbdən toxunulmazlığı müzakirəyə çıxarılan  müxalifətçi deputat Artur Sarkisyanla bağı ıdava düşüb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Artur Sarkisyanın toxunulmazlığının götürülməsi məsələsi müzakirəyə çıxarıldıqdan qısa zaman sonra Paşinyanın liderlik elədiyi iqtidar partiyası ilə müxalifət deputatları arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, deputatlar bir-birlərinə təpik, yumruq və su butulkaları ilə hücum çəkiblər: "Tribunaya çıxaraq şıxış edən Sarkisyan onun haqqında veriləcək qərarın əvvəlcədən hazırlandığını iddia edib. O, həbsini gözlədiyini və buna qədərsə ailəsi ilə vaxt keçirmək istədiyini deyərək, zalı tərk etmək istəyərkən qarşıdurma yaranıb. Bir-birlərinə zərbə endirən deputatları Dövlət Mühafizə Xidmətinin əməkdaşları ayırmaqda çətinlik çəkib. Davadan sonra iclasa fasilə verilib, lakin yenə dava düşüb. Onları uzun çəkişmədən sonra sakitləşdirmək mümkün olub".

Xatırladaq ki, davaya baxmayaraq, onun toxunulmazlığı ləğv edilib.

Samir Musayev
MİA.AZ