ABŞ prezidenti Donald Tramp Rusiya ilə körpüləri yandırmaq üzrədir.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında rəsmi Moskvaya mesaj verib.
Tramp Rusiyanın Ukraynaya son hücumlarını çox ağır və qəbuledilməz sayırb.
O, Netanyahunun onu Nobel mükafatına namizəd göstərməsini elan etməsinə dərhal reaksiya verərək, deyib ki, Rusiya ilə Ukrayna arasında savaşı bitirməyə çox can atıb. Lakin Moskva danışıqdan uzaqlaşıb: "İndi bizə Ukraynaya silah göndərilməsi ilə bağlı suallar olur. Bəli, Ukraynaya daha çox silah göndərəcəyik. Onları silah göndərməliyik ki, özlərini müdafiə edə bilsinlər. Ukraynalılar özlərini müdafiə etməlidirlər. Onlar indi çox ağır hücuma məruz qalırlar".
Lamiyə Əhmədli
MİA.AZ