Abşeronda parkda ağacın dibinə maşın yağı tökülüb.
Lent.az-a daxil olan şikayətdə bildirilir ki, Xırdalanda yerləşən Heydər Əliyev adına parkda şam ağaclarından birinin dibinə çox miqdarda maşın yaşı boşaldılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirlikdən bildirildi ki, məsələnin araşdırılması ilə bağlı sözügedən əraziyə araşdırma qrupu göndərilib. Araşdırma yekunlaşdıqdan sonra məlumat veriləcək.
Qeyd edək ki, meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, habelə zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər.
P.S. Mia.az xatırladır ki, Abdin Fərzəliyevin Abşerona icra başçsıı təyinatından qısa müddət sonra adıçəkilən parkda parklıq əlamətləri itməyə başlayıb. Belə ki, park qarış-qarış 90-ların "gecə bazarı"na çevirlib. Artıq insanların parkda sərbəst dolaşması belə mümkünsüzləşib. Yağışdan çıxmış göbələk kimi, yöndəmsiz yerdə yöndəmsiz kafe, çayxnana və digər "palatka ticarəti" parkı "işğal" edib.
MİA.AZ