Türkiyədə "miqrant qaçaqmalçıları" tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, müxəlif ölkələrdən olan miqrantları Türkiyəyə, oradan isə Avropa ölkələrinə qanunsuz yollarla yollamaq "biznesi" ilə məşğul olan "miqrant qaçaqmalçıları"na qarşı “Kalkan-33” kod adlı uğurlu əməliyyat keçirilib.
Nazir bildirib ki, əməliyyatla ümumilikdə 115 nəfər saxlanılıb: "Hazırda onların ifadələri alınaraq məhkəmələrə sövq edilirlər. İndiyədək 49 nəfər haqda həbs qətimkan tədbiri seçilib, 15 nəfər ev dustaqlığına buraxılıb. Qalanların ifadəsi alınır".
Nazir əlavə edib ki, saxlanılanlara məxsus 78 maşına da "əl qoyulub": "Onlar bu maşınlarla insan qaçaqçılığı ediblər..."
Tahir Şəlvəli
MİA.AZ