"Qalatasaray"dan ayrılan futbolçu karyerasln nöqtələyib

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 38 yaşlı Dris Mertens futbolçu karyerasını bitirdiyini açıqlayıb. 

O, iyulun 3-də keçiriləcək Marek Hamşiklə vida matçından daha sonra yaşıl meydançadan ayrılacağını təsdiqləyib.

Xaırladaq ki, Mertens "Qalatasaray"da 136 rəsmi matçda forma geyinib. O, bu müddətə 25 qol vurub, 44 məhsuldar ötürmə verib.

Onu da qeyd edək ki, təcrübəli futbolçu "AGOVV", "Utrext", PSV və "Napoli"də oynayıb. O, 2022-ci ilin yayında "Qalatasaray" keçib və 3 çempionluq qazanıb.

Fərid ASLAN
MİA.AZ