Adı "Trabzonspor"a keçiddə hallanan məşhur futbolçu Pol Poqbanın yeni ünvanı bəlli olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dopinqdən istifadə etdiyi üçün futboldan uzaqlaşdırılan və uzun fasilədən sonra meydançaya qayıtmağa hazırlaşan Poqba "Monako" ilə anlaşıb. 

Məlumata görə, ulduz futbolçu yaxın günlərdə Fransaya yollanacaq: "O, tibbi müayinədən keçəcək və sonra rəsmi imza atacaq".

Fərid ASLAN
MİA.AZ