Türkiyə birinci liqasında çıxış edən "İstanbulspor"un formasını geyinən Gaoussou Diarra karyerasında yeni səhifə açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2023-cü ildə universitet təhsili üçün İstanbula gələn və qısa zamanda, adıçəkilən komandanın diqqətini çəkən Mali vətəndaşı Gaoussou Diarra "İstanbulspor"dakı inanılmaz performansından sonra təxminən 5 milyon avro qarşılığında Niderlandın "Feyenoord" klubu ilə anlaşıb.
Məlumata görə, "Feyenoord" əgər onu başqa kluba satarsa, o zaman satış haqqının 15 faizini də "İstanbulspor"a köçürəcək.
Xatırladaq ki, "İstanbulspor"da 37 oyuna çıxan Diarra 16 qol vurub, 2 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ