Super Liqada çempionluğa həsrət qalan "Fənərbağça" yeni sezona daha iddialı girmək istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə klub rəhbərliyi heyəti ulduz futbolçularla gücləndirməyə çalışır.

Son məlumata görə, klub hazırda Fransanın “Lill” komanası ilə müqaviləsi başa çatan kanadalı hücumçu Conatan Davidlə anlaşmağa cəhd edir: "İstanbul klubu ona imza haqqı və sabit maaş daxil olmaqla 3 il müddətinə 55 milyon avroluq rəsmi təklif göndərib. Kanadalı hücumçu təkliflə bağlı yaxın günlərdə cavabını deyəcək".

Qeyd edək ki, hücumçu ötən mövsüm "Lill"in heyətində 49 oyunda 25 qol vurub, 12 məhsuldar ötürmə verib.

Fərid ASLAN
MİA.AZ