İsrail bu gün İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Əhvaz və cənub-qərbdəki Mahşəhrdə mövqelərini də vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Bildirilib ki, İsrail qırıcıları eyni vaxtda SEPAH-ın hər iki şəhərdəki hərbi baza və qərargahına zərbı endirib.
İsrail ordusu faktı təsdiqləyib. Bildirib ki, İranın hər iki şəhərdəki hava müdafiə sistemi də sıradan çıxarılıb.
Tahir Şəlvəli
MİA.AZ