Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Mia.az Report-a istinadla xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
***
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub.
Məlumata görə, onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.
Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.
Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı məlumatı "News24.az" saytı yaymışdı.
***
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.
Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
MİA.AZ