İsmayıllıda oğul atasını bıçaq zərbələri ilə öldürüb.

Mia.az xəbər verir ki, 1994-cü il təvəllüdlü İsmayıllı rayonunun Talıstan kənd sakini Əzizov Kənan Bəhlul oğlu aralarında yaranmış mübahisə zamanı atası, 1968-ci il təvəllüdlü Əzizov Bəhlul Təşkilat oğlunun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqla xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən Əzizov Kənan Bəhlul oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.