Türkiyənin İstanbul şəhərində criminal avtoritet Mustafa Aksunun rəhbərlik etdiyi silahlı kriminal dəsətyə qarşı uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat yayıb.

Bildirilib ki, İstanbulun üç rayonunda eyni anda keçirilən əməliyyatla ümumilkdə 46 nəfər saxlanılıb: “Onların ifadəsi alındıqdan sonra 29-u barədə həbs qətimkan tədbiri seçilib, 17-si ev dustaqlığına buraxılıb”.

İstanbul Baş Prokurorluğundan bildirilib ki, kriminal dəstə soyğunçuluq, narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və qaçaqmalçılığı, qəsdən yaralama, təhdid, hədə-qorxu, sələm, xəracəsmə, girovgötürmə və sair ağır cinayətlərdə ittiham olunur.

Hüseyn Namazov
MİA.AZ