Gəncədə qətl hadisəsi baş verib.

Mia.az xəbər verir ki, hadisə şəhərin “Avtozavod” qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Vüsal Əhmədov ürəyindən güllələnərək öldürülüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşkarı cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

***

Polis əməkdaşları tərəfindən müvafiq keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb(Qafqazinfo).