İsrail ordusu iki gün əvvəl "Madleen" gəmisində Qəzzaya yardım məqsədiylə yola çıxanlar arasında olan iki türkü də sərbəst buraxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Şuayb Ordu və Yasemin Açar İssrailə ömürlük daxil olmaları qadağan olunmaqla azad olunublar.

Türkiyə Xarici İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, artıq hər iki şəxs İsraili tərk ediblər.

Lamiyə Əhmədli
MİA.AZ