İsrail İrana zərbələr endirməyə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Fars Xəbər Agentliyi son məlumatı yayıb.

Bildirilib ki, bu dəfə Fordo nüvə obyektinə zərbələr endirilib: "Nəticədə Tehranın qərbində  şiddətli partlayışlar baş verib".

İran mediasi onu da yazır ki, Natanzdakı nüvə obyektində zərbələr effektli olmayıb: "Heç bir sızma olmayıb"

Yeri gəlmişkən, İsrailin Tehrandakı hücumları zamanı aralarında qadın və uşaqların da olduğu 78 nəfərin həlak olduğu, 329 nəfərin yaralandığı xəbəri də var. Təbrizdə isə indiyədək 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Samir MUSAYEV
MİA.AZ