Tovuz rayon mərkəzində ailə dramı yaşanıb.
Hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə qadının oğlu, 1994-cü il təvəllüdlü, ruhi xəstə olduğu bildirilən Kainat Namazovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəbərdə o da deyilir ki, hadisədən sonra ev yandırılıb.
Faktla bağlı araşdırma aparılır.