Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.