Türkiyənin İzmir şəhərinin Çeşme rayonunda "Filoğlu Qrup" şirkətinin rəhbəri Fatih Fil küçədə hücuma məruz qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Alaçatı Hacı Memiş Məhəlləsində ayağından güllələnib.

Məlumata görə, onu güllələyənin kimliyi bəlli deyil: "Silahlı hücum ərazidəki təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə Filin arxasından gələn şəxsin tapança ilə atəş açır. Fatih Filin yerə yıxılmdıqda o, qaçır..."

Faktla bağlı araşdırma aparılır.

Lamiyə Əhmədli

MİA.AZ