Türkiyədə hərbçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Hakkaridə baş verib.
Belə ki, Hakkari-Çukurca yolunun 10-cu kilometrliyində hərbçiləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb: "Nəticədə 12 əsgər xəsarət alıb. Onlar təcili yardımmaşınları ilə Hakkari Dövlət Xəstəxanasına aparılıblar. Həyatlarına təhlükə yoxdur...".
Firudin Səfərli
MİA.AZ