Türkiyə Super Liqasına yüksələn "Kocaelispor"  Baş məşqçi Selçuk İnanla müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub onunla 1+1 il müddətinə müqavilə bağlayıb.

O, imza mərasimində deyib: "Nə olursa olsun, meydanda bütün gücü ilə mübarizə aparan komanda görəcəksiniz. Mən buna söz verə bilərəm. İnşallah, hər şey bizim üçün yaxşı olar, xeyirli olar. Düşünürəm ki, biz birlikdə bunun öhdəsindən gələcəyik."

Fərid ASLAN

MİA.AZ