"Mançester Yunayted"in kapitanı 100 milyon avroluq təklifi rədd edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, kapitan Bruno Fernandes Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ın 100 milyon avroluq transfer təklifinə "yox" deyib.
Məlumata görə, ərəblər Fernandeslə illik 25 milyon avro olmaqla 4 illik müqavilə imzalamaq istəyiblər: "Lakin Fernandes karyerasını “Mançester Yunayted”də davam etdirmək istədiyideyərək, təklifi geri çevirib"
Xatırladaq ki, "Mançester Yunayted"in heyətində ötən mövsüm 57 matçda forma geyinən Bruno Fernandes 19 qol vurub, 20 məhsuldar ötürmə verib. Onun "Mançester Yunayted"lə 2027-ci ilə qədər müqaviləsi var.
Fərid ASLAN
MİA.AZ